Şəhid yoldaşı ali məktəbə qəbul oldu -FOTO

Şəhid yoldaşı ali məktəbə qəbul oldu -FOTO

Hazırda oxunan: Şəhid yoldaşı ali məktəbə qəbul oldu -FOTO

632917

II Qarabağ müharibəsi zamanı şəhid olan kapitan Əliyev Rəşad Əmiralı oğlunun həyat yoldaşı Rəfiqə Əliyeva tələbə adını qazanıb. 

Bizim.Media “manset.az”a istinadən xəbər verir ki, Rəfiqə Əliyeva Azərbaycanın ali təhsil müəssisələrindən birinin “İqtisadiyyat” ixtisasına qəbul olub. 

Qeyd edək ki, Kapitan Rəşad Əliyev 2020-ci il noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub.

O, sağlığında orduda qüsursuz xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" III dərəcəli medalı , "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülüb. 

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Əliyev ölümündən sonra "Vətən uğrunda"  və "Hərbi xidmətlərə görə",  29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə də təltif edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO