Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb

Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb

Hazırda oxunan: Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb
632890
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Əməkdar artisti, tanınmış aktyor Cabir İmanovun məzarüstü abidəsi hazırlanıb.

Bizim.Media xəbər verir ki, 2025-ci ilin sentyabrında vəfat edən aktyorun məzarüstü abidəsi artıq hazır vəziyyətə gətirilib.

Cabir İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. O, uzun illər “Planet Parni iz Baku” KVN Teatrında fəaliyyəti ilə tanınıb, yaratdığı obrazlarla Azərbaycan tamaşaçısının rəğbətini qazanıb.

Aktyor eyni zamanda müxtəlif televiziya və səhnə layihələrində iştirak edib. 2015-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb, 2021-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunub.

Cabir İmanov 29 sentyabr 2025-ci ildə 49 yaşında vəfat edib. Onun qəfil ölümü sənət ictimaiyyətində böyük kədər yaradıb.

Aktyor Yasamal rayonunda yerləşən “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Hazırlanan məzarüstü abidə Cabir İmanovun xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO