"TikTok" sosial şəbəkəsində söyüş söyən şəxs həbs edilib.
Bizim.Media "qaynarinfo.az"a istinadən xəbər verir ki, 1977-ci ildə Yevlax şəhərində doğulmuş Həsənov Elnur Rəşid barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi protokol tərtib olunub.
O, "TikTok" sosial şəbəkəsində özünə məxsus "Sidoy" adlı hesabdan canlı yayın açaraq çoxsaylı izləyici qarşısında təhqiredici və nalayiq ifadələr işlədib.
Məhkəmənin hökümü ilə Elnur Həsənov İXM-nin 510.2- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 17 gün müddətinə inzibati qaydada həbs edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:48 / 24.08.2026
Canlı yayımda söyüş söyən şəxs həbs edildi
Hazırda oxunan: Canlı yayımda söyüş söyən şəxs həbs edildi
Hazırda oxunan: Canlı yayımda söyüş söyən şəxs həbs edildi
632881
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































