Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

Hazırda oxunan: Lənkəranda qeyri-adi ördək: Sahibinin yanından ayrılmır - VİDEO

632867

Lənkəran rayonunun Nərimanabad-2 qəsəbəsində qeyri-adi hadisə baş verib. Belə ki, ördək balası sahibindən ayrılmır və günün demək olar ki, bütün saatlarında onunla birlikdə hərəkət edir.

Ördəyin sahibi Rahil Vəliyev bildirib ki, balanı yumurtadan çıxdıqdan sonra evə gətirib və həmin andan etibarən ondan ayrı qalanda narahat olur:

"Mağazaya gedirəm, o da gəlir. Məndən əl çəkmir. Yuxarı çıxıram, həyətdə o qədər səs çıxarır ki, axırda düşürəm aşağı. Görürəm ki, yanıma gəlir".

Sakinlər belə hadisə ilə ilk dəfə qarşılaşdıqlarını deyirlər. Ördəyin sahibindən ayrılmadığını və onun ardınca hər yerə getdiyini bildirirlər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO