Bakıda avtobusda sərnişinin başına tavandan su töküldü - FOTO

Bakıda avtobusda sərnişinin başına tavandan su töküldü - FOTO

Hazırda oxunan: Bakıda avtobusda sərnişinin başına tavandan su töküldü - FOTO

632769

7A nömrəli marşrut avtobusunda sərnişinin başına tavandan su tökülüb.

Bizim.Media xəbər verir ki, bununla bağlı sərnişin sosial şəbəkədə paylaşım edib.
 

O bildirib ki, Əhmədlidən Bakı Dəmiryol Vağzalına gedərkən avtobusda pəncərə kənarında əyləşib. Bir saat yarımlıq yolda islanmamaq üçün üstünə paket örtüb.


Lent.az-ın sorğusuna "Bakubus"dan bildirildi ki, 7A nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin soyutma sisteminin drenaj xəttində texniki nasazlıq yaranıb:

"Sürücü nasazlıq barədə məlumat aldıqdan sonra avtobusun dövriyyəsini tamamlayaraq sərnişinləri son dayanacağa çatdırıb və nəqliyyat vasitəsini texniki baxış və təmir üçün depoya təhvil verib. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Sərnişindaşıma xidmətində fasilənin yaranmaması üçün nasaz avtobus operativ şəkildə digər nəqliyyat vasitəsi ilə əvəz olunub".




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO