Cəlilabadın Paşatəpə arxeoloji abidəsində aşkar edilən daş kürənin elmi analizlərinin nəticələri məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Yaponiya və Almaniya mütəxəssislərinin araşdırmasına əsasən, tapıntı keramikasız Neolit dövrünə aiddir və tipoloji xüsusiyyətlərinə görə Levant tipli artefakt hesab olunur.
Tarix elmləri doktoru Vəfa Mahmudovanın sözlərinə görə, daş kürənin Cənubi Qafqazda analoqu yoxdur. Mütəxəssislərin nəticələri Paşatəpənin Neolit dövrünün erkən mərhələlərində məskunlaşması ehtimalını da gücləndirir.
Tapıntı Cənubi Qafqazın erkən Neolit tarixinin öyrənilməsi baxımından mühüm arxeoloji nümunə kimi qiymətləndirilir.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:53 / 23.08.2026
Cəlilabadda tapılan tarixi tapıntının sirri açıldı - FOTO
Hazırda oxunan: Cəlilabadda tapılan tarixi tapıntının sirri açıldı - FOTO
Hazırda oxunan: Cəlilabadda tapılan tarixi tapıntının sirri açıldı - FOTO
632687
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































