
- A-
- A
- A+
Sərhəddə sıxlıq: “Qırmızı Körpü”də yüzlərlə yük maşını gözləyir
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 700 yük nəqliyyat vasitəsi canlı növbədə gözləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) avqustun 21-nə olan məlumatında bildirilib.
Sərhəd-keçid məntəqələrində giriş və çıxışda canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayına dair məlumata əsasən, Azərbaycan-Rusiya sərhədindəki “Samur” gömrük postunda 134, “Xanoba” gömrük postunda isə 1 yük maşını növbədədir.
Azərbaycan-Gürcüstan sərhədindəki “Mazımqara” gömrük postunda 7 yük nəqliyyat vasitəsi gözləyir.
Azərbaycan-İran sərhədində yerləşən “Astara” gömrük postunda isə növbədə 52 yük maşını var.
Hazırda “Biləsuvar” gömrük postunda canlı növbədə gözləyən yük nəqliyyat vasitəsi yoxdur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































