Söyüş söyən şəxs həbs edilib - “Foto çəkdirməli idim...”

Söyüş söyən şəxs həbs edilib - “Foto çəkdirməli idim...”

Hazırda oxunan: Söyüş söyən şəxs həbs edilib - “Foto çəkdirməli idim...”

632334

Bu ilin iyul ayında paytaxtın Xətai rayonunda maraqlı hadisə baş verib.

Bizim.Media “qafqazinfo.az”a istinadla, Yusif Səfərov küçəsində ucadan söyüş söyərək vətəndaşların narahatlığına səbəb olan gənc ərazidə xidmət aparan polisin diqqətini çəkib. 
 

Həmin gəncə sakitliyə riayət etməsi bildirilsə də, o, xuliqanlıq hərəkətlərinə davam edib və polisin qanuni tələbinə qəsdən tabe olmayıb.


Nəticədə, həmin şəxs saxlanılıb və barəsində Xətai RPİ-nin 37-ci Polis Şöbəsində inzibati protokol tərtib edilib. Məlum olub ki, saxlanılan şəxs 2008-ci il təvəllüdlü M.Məmmədovdur (şərti).

Onun barəsindəki protokol rayon məhkəməsinə göndərilib.

18 yaşlı gənc ifadəsində qəbul imtahanlarında iştirak etdiyini və sənədlərini təqdim etməyə hazırlaşdığını bildirib:

“Universitetə sənədlərimi təqdim etmək üçün 1 günüm qalmışdı və 3*4 ölçüdə foto çəkdirməli idim. Bu məqsədlə Yusif Səfərov küçəsində fotostudiya axtarırdım. Lakin tapa bilmədim və məni oraya yönləndirən dostuma zəng etdim. Həmin vaxt uca səslə söyüş söymüşəm. Sənədləri təqdim etmək üçün 1 gün vaxtım var, xahiş edirəm məni bağışlayasınız”.

Xətai Rayon Məhkəməsinin qərarı ilə M.Məmmədov 20 gün müddətinə inzibati həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO