Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi

Hazırda oxunan: Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi
632320
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda fəaliyyət göstərən üç tibb müəssisəsi birləşdirilir.

Bizim.Media Teleqraf.az-a istinadla xəbər verir ki, TƏBİB-in tabeliyindəki 9, 21 və 27 saylı poliklinikaları vahid müəssisə kimi fəaliyyətini davam etdirəcək.

Faktı TƏBİB təsdiq edib.

Qurumdan bildirilib ki, aparılan təhlillər çərçivəsində 9, 21 və 27 nömrəli şəhər poliklinikalarının fəaliyyətinin vahid idarəetmə modeli əsasında təşkili nəzərdə tutulur.
 

"Sözügedən tibb müəssisələrinin eyni ərazidə və bir-birinə yaxın yerləşməsi və bir sıra inzibati funksiyalarının qarşılıqlı əlaqəli olması onların vahid idarəetmə modeli çərçivəsində fəaliyyətinin təşkilini məqsədəuyğun edir. Dəyişikliklərin əsas məqsədi təkrarlanan inzibati və idarəetmə funksiyalarının aradan qaldırılması, mövcud resursların daha səmərəli bölüşdürülməsi və tibbi xidmətlərin təşkilinin təkmilləşdirilməsidir".


Qeyd olunub ki, yeni idarəetmə modelinə keçidlə əlaqədar olaraq müəssisələrin mövcud ştat strukturu, funksional bölgüsü və faktiki kadr ehtiyacı da yenidən qiymətləndiriləcək:

"Struktur dəyişikliklərinin əsasən inzibati və idarəetmə funksiyalarında çalışan əməkdaşları əhatə edəcəyi gözlənilir. Bununla yanaşı, bütün vəzifələr üzrə qərarlar müəssisələrin real fəaliyyət və xidmət ehtiyacları nəzərə alınmaqla qəbul ediləcək.

Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam yalnız əməkdaşın sərbəst iradəsi və şəxsi müraciəti əsasında mümkündür; struktur dəyişikliklərinin əməkdaşların öz ərizələri ilə rəsmiləşdirilməsi praktikasından istifadə edilmir. Hər bir əməkdaşla bağlı qərar müəssisələrin faktiki xidmət və kadr ehtiyacı, əməkdaşın ixtisası və peşəkarlıq göstəriciləri nəzərə alınmaqla fərdi qaydada qəbul ediləcək, əmək münasibətlərində hər hansı dəyişiklik isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə və qanunvericiliklə nəzərdə tutulan təminatlara tam riayət edilməklə həyata keçiriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO