Bakıda kuryerlər arasında mübahisənin sonu qanla bitdi – VİDEO

Bakıda kuryerlər arasında mübahisənin sonu qanla bitdi – VİDEO

Hazırda oxunan: Bakıda kuryerlər arasında mübahisənin sonu qanla bitdi – VİDEO

632298

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media “Baku TV”yə istinadən xəbər verir ki, hadisə Zahid Xəlilov küçəsində, metronun "Elmlər" stansiyasının yaxınlığında qeydə alınıb.

Məlumata görə, ərazidə market şəbəkələrindən birində çalışan kuryerlər arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və kuryerlərdən biri digərini bıçaqlayıb.

Xəsarət alan şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisəni törədən kuryer isə polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb.
 

Sakinlərinin sözlərinə görə, sözügedən ərazidə kuryerlər arasında mübahisə və davalar tez-tez baş verir. Onlar bu barədə dəfələrlə aidiyyəti şəxslərə və market şəbəkəsinin rəhbərliyinə məlumat verdiklərini bildirirlər.


Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO