Zaqatalada sığınacaqda DAVA: qadınlar

Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı

Hazırda oxunan: Zaqatalada sığınacaqda DAVA: qadınlar "saçyoldu"ya çıxdı
632174
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatalada sığınacaqda qadınlar arasında dava olub.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə Qazangül qəsəbəsində yerləşən sığınacaq binalarında qeydə alınıb.
 

48 yaşlı Nərgiz Məmmədova qonşusu Kəminə adlı qadınla küçədə bir-birinin saçını yolub dalaşıblar. Bu zaman Nərgiz Kəminəni döyərək, ona bir sıra yüngül xəsarətlər yetirib. Səs-küyü eşidən qonşular müdaxilə edərək onları ayırıblar. Lakin digər qonşu, 59 yaşlı Yazbahar Çobanova da Kəminənin döyüldüyünü görüb və Nərgizi vurub. Nəticədə Nərgiz də həmçinin dərəcəsi müəyyən edilməyən xəsarətlər alıb.


Faktla bağlı Nərgiz Məmmədova və Yazbahar Çobanova saxlanılıblar. Onların barəsində inzibati protokollar tərtib olunub.

Nərgiz Məmmədova ifadəsində bildirib ki, ailəsindən ayrıldıqdan sonra maddi vəziyyəti ilə əlaqədar Zaqatala rayonu, Qazangül qəsəbəsində yerləşən sığınacaqda yaşamağa davam edib. Onun sözlərinə görə, Səadət adlı qonşusu zəng edərək “sən mənim qızım Kəminənin haqqında nalayiq sözlər işlətmisən” deyib. Bunu araşdırmaq üçün Nərgiz həmin qonşularının qapısına gedib və burada tərəflər arasında məlum hadisə baş verib. Qonşular səs-küyə gəlib onları ayırıblar. Nərgizin iddiasına görə, Yazbahar və digər iki qonşusu isə onu döyüb.

Lakin Y. Çobanova Nərgizi döymədiyini, sadəcə olaraq qonşularını ayırdıqdan sonra onu itələdiyini bildirib.

Beləliklə inzibati iş üzrə iki təqsirkar və iki zərərçəkmiş olub. Nərgiz Məmmədova həm təqsirkar, həm də zərərçəkmiş şəxs qismində məhkəməyə çıxarılıb.
 

Birinci zərərçəkmiş Nərgiz Məmmədova yekun çıxışında Yazbahar Çobanovadan şikayətçi olduğunu deyib. İkinci zərərçəkmiş zərərçəkmiş Kəminə adlı qadın da Nərgizlə barışmadığını və şikayətçi olduğunu qeyd edib.


Məhkəmənin qərarı ilə Nərgiz Məmmədova və Yazbahar Çobanova hər biri 300 manat məbləğində inzibati qaydada cərimələniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO