Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

Hazırda oxunan: Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

631819

Avqustun 14-də Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri alan gənc xəstəxanada ölüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan rayonun Muxax kənd sakini 17 yaşlı Tunar Ramazanov həkimlərin səyinə baxmayaraq, bu gün gönorta saatlarında vəfat edib.

Qeyd edək ki, avqustun 14-ü gecə saat 02:00 radələrində Zaqatala şəhər sakini, 17 yaşlı Məhərrəm Ramazanovun idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılmışdı.
 

Qəza nəticəsində sürücü M. Ramazanov, həmçinin avtomobildə olan sərnişinlər – Muxax kənd sakinləri - 17 yaşlı Tunar Ramazanov, 17 yaşlı Sənan Şabanov və 22 yaşlı Qismət Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.


Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO