Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda çoxuşaqlı anaların SAYI AÇIQLANDI

631765

Azərbaycanda beşdən çox uşağı olan qadınların sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2026-cı il iyul ayının 1-dək beşdən çox uşağı olan 2,9 min qadına 13,3 min uşaq üçün aylıq müavinət ödənilib.

Rəsmi məlumata görə, ümumilikdə belə ailələrdə böyüyən 13 325 uşağın hər birinə aylıq 140 manat müavinət ödənilir.

Hazırda Azərbaycanda 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur. 

Çoxuşaqlı ailələrdə hər uşağa görə aylıq ödənişlər 2025-ci il iyulun 1-dən 33 faiz artırılaraq 105 manatdan 140 manata çatdırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO