TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarıldı – FOTO

TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarıldı – FOTO

Hazırda oxunan: TƏBİB-də daha 2 departament rəhbəri işdən çıxarıldı – FOTO

631643

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri davam edir.

Bizim.Media "unikal.az"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin yerində Beynəlxalq əlaqələr şöbəsi yaradılıb. Bayramov Atilla-Turan Nuru oğlu həmin şöbənin müdiri təyin edilib.
 

Müraciətlərlə iş departamenti isə İnzibati idarəetmə departamenti ilə birləşdirilib. Hüseynov İlham Həqiqət oğlu Müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsindən çıxarılıb. İnzibati idarəetmə və müraciətlərlə iş departamenti rəhbəri isə Bayramov Elvin Fikrət oğludur. 


Eyni zamanda, Təlim və tədqiqatlar departamentinin rəhbəri Mirzəbəyli Teymur Adışirin oğlu vəzifəsindən azad edilib. Onun yerinə Əfəndiyeva Elza Rafiq qızı adıçəkilən departamentin rəhbəri təyin olunub. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO