Tovuzda 26 yaşlı qadın itkin düşdü - FOTO

Tovuzda 26 yaşlı qadın itkin düşdü - FOTO

Hazırda oxunan: Tovuzda 26 yaşlı qadın itkin düşdü - FOTO

631624

Tovuz rayonunda 26 yaşlı qadın itkin düşüb.
 
Bizim.Media
“apa.az”a istinadən xəbər verir ki, üç uşaq anası olan Lamiyə Cəlilova avqustun 6-da saat 10:00-11:00 radələrində Qazıqulu kəndində yerləşən ata evindən çıxıb və bir daha geri qayıtmayıb.
 

Yaxınlarının sözlərinə görə, Öysüzlü kənd sakini, 26 yaşlı Lamiyə Cəlilova bir müddət əvvəl Qazıqulu kəndindəki ata evinə gəlib və sonuncu dəfə də burada görülüb. Yaxınları bir müddət sonra Lamiyənin evdə olmadığını müəyyən edərək, onun axtarmağa başlayıblar.


Anasının sözlərinə görə, qızının itkin düşməsi ilə bağlı dərhal polisə məlumat verilib.

Hazırda Lamiyə Cəlilovanın tapılması istiqamətində Tovuz Rayon Polis Şöbəsi tərəfindən axtarış tədbirləri davam etdirilir.

Ailə üzvləri Lamiyə Cəlilova barədə hər hansı məlumatı olan şəxslərdən aidiyyəti qurumlara məlumat vermələrini xahiş edirlər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO