Xəstənin adından istifadə edib pul yığdı,özünə götürdü

Xəstənin adından istifadə edib pul yığdı,özünə götürdü

Hazırda oxunan: Xəstənin adından istifadə edib pul yığdı,özünə götürdü

631292

Sosial şəbəkədə xəstə bir şəxsin görüntülərini paylaşaraq, pul yığan saxlanılıb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Xaçmazda qeydə alınıb.
 

26 yaşlı Maqsud Həsənov (şərti adla) Füzuli Kərimovun (şərti adla) xəstə vəziyyətdə olan foto və videolarını ondan icazəsiz götürərək, tiktok sosial şəbəkəsində özünə məxsus səhifədə paylaşıb.


O, Füzuliyə yardım toplamaq adı ilə səhifədə özünün bank kartını yerləşdirib. Göndərilən pulları özünə götürüb.

Nəticədə 2 zərərçəkmiş ona ümumilikdə 170 manat pul göndərib. Lakin sonradan onlar bu səhifənin əslində Füzuli tərəfindən idarə olunmadığını öyrəniblər.

Zərərçəkənlərin şikayətləri əsasında Maqsud Həsənov saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.

M. Həsənov ifadəsində əməlindən peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə Maqsud Həsənov 180 saat ictimai işlər cəzasına məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO