Evləri yandı, qəzalı binaya sığındılar – “Uşağı işə aparıram ki, ilan vurmasın” – VİDEO

Evləri yandı, qəzalı binaya sığındılar – “Uşağı işə aparıram ki, ilan vurmasın” – VİDEO

Hazırda oxunan: Evləri yandı, qəzalı binaya sığındılar – “Uşağı işə aparıram ki, ilan vurmasın” – VİDEO

631101

Şabran rayonunun Gəndab qəsəbəsində bir ailə 5 ildir təhlükəli və ağır şəraitdə yaşamağa məcburdur. 2021-ci il avqustun 4-də evləri yanan Şükürovlar ailəsinin yeni evinin tikintisinə kənd sakinləri kömək edib. Lakin maddi imkanları olmadığı üçün tikinti yarımçıq qalıb. 

Ramilə Şükürovanın sözlərinə görə, yanğın zamanı evdən heç nə çıxara bilməyib, yalnız 4 yaşlı qızı Nəzrini güclə xilas etməyi bacarıb.

Ailə başçısı Bəhmən Şükürov da ailəsinin ağır vəziyyətdə olduğunu deyir. Bəhmən Şükürov ailəsini dolandırmaq üçün günəmuzd işləyir. İş olmayanda isə sumağ yığaraq satır. Bəzən 9 yaşlı qızını da özü ilə dağa aparır. Səbəb isə onu evdə tək qoymamaq və qorumaqdır.

Şükürovlar hazırda beş ildir Gəndab qəsəbəsində sovet dövründən qalma inzibati binanın bir otağında yaşayırlar. Bina isə qəzalı vəziyyətdədir. Damı uçmaq üzrədir, yağış yağanda içəri su keçir. Ailə üzvlərinin sözlərinə görə, otaqdan tez-tez ilanlar da çıxır. Bu səbəbdən uşağın təhlükəsizliyi ilə bağlı daim narahatlıq yaşayırlar.

Hazırda Şükürovlar ailəsinin əsas arzusu yarımçıq qalmış evlərinin tamamlanması və beş ildən sonra öz evlərinə qayıtmaqdır.

Ailənin vəziyyəti ilə bağlı Şabran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
 

İcra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hüseyn İlyasov bildirib ki, icra hakimiyyətinin ailəyə ev tikmək üçün kifayət qədər maliyyə imkanı yoxdur.


Bununla belə, o, imkan daxilində Şükürovlar ailəsinə kömək göstərməyə çalışacaqlarını bildirib.

Daha ətraflı Bizim.Media-nın hazırladığı videosüjetdə:


Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO