Azərbaycanda qarşıdakı günlərdə havanın kəskin istiləşəcəyi ilə bağlı məlumatlar yayılıb. Belə ki, bəzi ərazilərdə temperaturun 40 dərəcəyə yaxınlaşacağı, hətta daha yüksək olacağı bildirilir.
Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan ekoloq Ənvər Əliyev deyib ki, müasir meteoroloji aparatlar və cihazlar hava ilə bağlı dəqiq məlumatların əldə olunmasına imkan verir:
“Lakin meteoroloji müşahidə imkanlarımız hələ də istənilən səviyyədə deyil. Meteoroloji stansiyaların sayının artırılmasına ehtiyac var. Deyirlər ki, qarşıda çox isti və müsibətli yay gəlir. Amma təşviş yaratmağa ehtiyac yoxdur. Azərbaycanda 44 dərəcəyə çatan, eləcə də 30-40 dərəcə arasında temperaturun müşahidə edildiyi illər çox olub”.
Ə.Əliyev bildirib ki, Bakı və Abşeron yarımadasında Xəzər dənizi temperaturun sabitləşməsinə və havanın yumşalmasına təsir göstərir:
“Lakin son dövrlərdə Xəzərin bu tənzimləyici funksiyasının əvvəlki qədər güclü olmadığını da müşahidə edirik. Ona görə də havanın necə olacağını günlər, hətta həftələr öncədən böyük təşvişlə proqnozlaşdırmağın mənası yoxdur. Havanın necə olacağı 3 gün öncədən bilinir, günlər və ya həftələr əvvəldən yox”.
Ekoloqun sözlərinə görə, iyul və avqust aylarında, xüsusilə isti günlərdə insanlar ilk növbədə ehtiyatlı olmalıdırlar:
“Yaşlı insanların mümkün qədər günün ən isti saatlarında evdən çıxmaması daha məqsədəuyğundur. Məcburən çölə çıxan insanlar isə diqqətli olmalıdırlar. Kölgəliklərdən, yaşıllıq ərazilərdən istifadə etmək, günün ən isti saatlarında birbaşa günəş altında qalmamaq”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:43 / 14.08.2026
Bakıda havanın isti keçməsinin qəribə səbəbi – Gözümüzün önündə imiş
Hazırda oxunan: Bakıda havanın isti keçməsinin qəribə səbəbi – Gözümüzün önündə imiş
Hazırda oxunan: Bakıda havanın isti keçməsinin qəribə səbəbi – Gözümüzün önündə imiş
631065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































