Buzovnada aylardır davam edən qazıntı işlərinin səbəbi drenaj xəttinin çəkilməsidir.
Bu barədə Xəzər Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib:
MÖVZU İLƏ BAĞLI:
Buzovnada aylardır davam edən yol təmiri – Nə vaxt başa çatacaq? – VİDEO
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi tərəfindən Buzovna qəsəbəsi, Heydər Eyvazov və Xurşidbanu Natəvan küçələrinin kəsişməsində, eləcə də Əziz Mirəhmədov küçəsində yığılan yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə drenaj xətti çəkilib".
Məlumatda qeyd edilib ki, sözügedən ərazidə asfalt örtüyünün əsaslı təmiri istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəsmi müraciət ünvanlanıb.
Xatırladaq ki, qeyd edilən ərazidə qazıntı işləri aylardır ki, davam edir. Bu isə qəsəbədə sıxlıq yaradır, nəqliyyatın hərəkətinə maneə olur.
Həmçinin bu səbəbdən ərazidə fəaliyyət göstərən bir neçə marşrut da öz hərəkət istiqamətini dəyişib.
Nəzrin Mirzəyeva, Bizim.Media





























































































