Müştəri hansı hallarda əlavə ödənişdən imtina edə bilər? – HÜQUQİ İZAH

Müştəri hansı hallarda əlavə ödənişdən imtina edə bilər? – HÜQUQİ İZAH

Hazırda oxunan: Müştəri hansı hallarda əlavə ödənişdən imtina edə bilər? – HÜQUQİ İZAH

630955

Məhsul alan və ya hər hansı xidmətdən istifadə edən istehlakçı üçün elan olunan qiymət heç də həmişə ödədiyi son məbləğ olmur. Xüsusilə onlayn alış-verişdə çatdırılma haqqı, bəzi xidmətlərdə əlavə rəsmiləşdirmə ödənişləri, restoranlarda isə servis haqqı ilə qarşılaşmaq mümkündür.

Bəs bu ödənişlər qanunidir? İstehlakçı hansı əlavə ödənişləri etməyə məcbur deyil?

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirir ki, istehlakçı hüquqları ilə bağlı qanunda nəzərdə tutulmayan məsələlər var.

İstehlakçı biznes qurumunun ərazisinə daxil olduqda isə artıq həmin qurumun öz qaydaları və tələbləri ortaya çıxır:

“Bu kimi məsələləri müvafiq orqanlar qarşısında qaldıranda biznes qurumunun müstəqil olduğunu deyirlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub və köhnəlib. Qanun həmin formada qalıb, yenilənmələr isə yoxdur. Biznes qurumları üçün müəyyən mənada toxunulmazlıq şəraiti yaradılıb.

Ona görə də çox təəssüf ki, bəzən istehlakçıdan qiymətdə göstərilməyən və qanunda nəzərdə tutulmayan ödənişlər də tələb edilir. Məsələn, dəniz kənarında oturub dincəlmək istəyirsən, ödəniş tələb edirlər və yaxud istehlakçı özü ilə içki gətiribsə, buna görə əlavə pul istənilir. Qanunda bunların heç biri nəzərdə tutulmayıb”.

E.Hüseynov tövsiyə edir ki, istehlakçılar belə hallarla rastlaşdıqda 012-599-76-00 telefon nömrəsi ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər.

“Onlayn mağazalarda çatdırılma haqqı əvvəlcədən tələb olunmayıbsa, istehlakçı onu ödəməyə bilər”.

Bütün hallarda istehlakçı verdiyi pul müqabilində kassa çeki və ya rəsmi sənəd tələb etməlidir. Rəsmi kassa çeki verilirsə, bu, biznes qurumunun öz istəyi ola bilər və burada qanun pozuntusu yoxdur. Kassa çekində əks olunmayan məbləği isə istehlakçı ödəməyə bilər”, - o qeyd edir.


Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO