Lənkəranda meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar– VİDEO

Lənkəranda meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar– VİDEO

Hazırda oxunan: Lənkəranda meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar– VİDEO

630685

Lənkəranda meşədən meyitləri tapılan 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Mirzəyevanın əminəvəsi olduğu məlum olub. 

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, X.Mirzəyevin atası Vurğun Mirzəyev oğlu ilə evdən çıxan gün danışdığını bildirib.

“Zəng etmişdim, dedi Lənkərana gedirəm. Nəsə problem olduğunu soruşdum, dedi salamatçılıqdır, anam oradadır, yanına gedirəm. Üstündən bir gün keçdi, ona zəng çatmadı.

Eşitdim ki, uşaqlar yoxdur. Dedilər Bakıya gediblər. Dünən xəbər çatdı ki, meyitlərini tapıblar...”, - mərhumun atası bildirib.

Qeyd edək ki, meyitlər Pataloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra onların ölüm səbəbləri məlum olacaq. 

Xatırladaq ki, 6 gün əvvəl evdən çıxmış gənclərin meyitləri ötən gün Lənkəranın “İbadi” deyilən meşəlik ərazisində tapılmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO