Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda qaz kəsiləcək – ÜNVANLAR

Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda qaz kəsiləcək – ÜNVANLAR

Hazırda oxunan: Əhalinin NƏZƏRİNƏ: Bakının iki rayonunda qaz kəsiləcək – ÜNVANLAR

630641

Təmir işləri ilə əlaqədar avqustun 12-də Səbail və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, saat 09:00-dan etibarən Səbail rayonunun M. Hüseyn, Nizami, Mərdanov qardaşları, Azadlıq, B. Sərdarov və M. Rostropoviç küçələrində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrində qazın verilişi işlər başa çatanadək dayandırılacaq.

Qeyd olunub ki, fasilə Səbail rayonunda aparılacaq təmir işləri, Xəzər rayonunda isə “Qaz İxrac” İdarəsi tərəfindən həyata keçiriləcək təmir işləri ilə əlaqədardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO