İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı

İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı

Hazırda oxunan: İcra başçısının sürücüsünün ölümü ilə bağlı cinayət işi başlanıldı

630463

Zaqatala rayonunda icra başçısının sürücüsünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisə avqustun 9-da rayonun Muxax kəndinin girişində baş verib.

"Opel" və VAZ-21099 markalı avtomobillərin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Laçın Qüdrət oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2005-ci il təvəllüdlü İbadulla Əli oğlu Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Məlumata görə, hadisədə həyatını itirən L.Həsənov Zaqatala rayon icra başçısının sürücüsü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO