Paytaxtın Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfində aparılan təmir işləri ilə əlaqədar həmin yol sahəsində yerləşən dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsində çətinlik və diskomfort yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azəbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, bu hal nəzərə alınaraq avqustun 10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar bu dayanacaqlarda saxlamayacaq.
“Avqustun 11-də isə sözügedən marşrutlar əvvəlki qayda ilə sərnişinlərə xidmət göstərəcək”, - deyə məlumatda qeyd edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:27 / 10.08.2026
Sərnişinlərin NƏZƏRİNƏ: 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Hazırda oxunan: Sərnişinlərin NƏZƏRİNƏ: 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Hazırda oxunan: Sərnişinlərin NƏZƏRİNƏ: 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
630239
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































