Müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan verdilər

Müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan verdilər

Hazırda oxunan: Müstəqil ekspert sertifikatı almaq istəyənlər imtahan verdilər

630173

9 avqust 2026-cı il tarixində aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, imtahan elektron formada keçirilib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.

Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.

İmtahanda 15 nəfər iştirak edib. 4 nəfər uğur qazanaraq müstəqil ekspert sertifikatı əldə edib.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 10 – 11 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO