Prokurorluq Tovuzdakı qətllə bağlı MƏLUMAT YAYDI

Prokurorluq Tovuzdakı qətllə bağlı MƏLUMAT YAYDI

Hazırda oxunan: Prokurorluq Tovuzdakı qətllə bağlı MƏLUMAT YAYDI

629866

Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Tovuz rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, avqustun 6-da Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu Məhəbbət İsayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.


İbtidai istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO