"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-iyul aylarında 6,4 milyondan çox sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur.
ADY-dən Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6 milyondan çox (16% artım), rayonlararası marşrutlarla isə 347 minə yaxın sərnişin (18% artım) səfər edib.
"Bu ilin iyul ayında isə ümumi sərnişindaşımada (951 mindən çox) 15% artım qeydə alınıb. İyulda Abşeron dairəvi xətti ilə sərnişindaşıma göstəricisi 12% artaraq 876 min, rayonlararası marşrutlarla isə 24,5% artaraq 57 840 nəfərə çatıb", - məlumatda qeyd olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:42 / 07.08.2026
Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17% ARTIB
Hazırda oxunan: Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17% ARTIB
Hazırda oxunan: Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 17% ARTIB
629864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































