Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

Hazırda oxunan: Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

629688

Xəbər verdiyimiz kimi, Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Bəxtiyar Əli oğlu Aslanbəyli “Şöhrət” ordeni ilə təltif edilib.

Bizim.Media Bəxtiyar Aslanbəylinin dosyesini təqdim edir.
 
Bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə xarici əlaqələr və kommunikasiya vitse-prezidenti Bəxtiyar Əli oğlu Aslanbəyli enerji sektorunda fəaliyyəti ilə tanınan mütəxəssislərdəndir.
 

1976-cı il avqustun 7-də anadan olan Aslanbəyli 20 ildən çoxdur bp şirkətində rəhbər vəzifələrdə çalışır. O, şirkətin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda xarici əlaqələr, hökumətlə əlaqələr və kommunikasiya sahələrinə rəhbərlik edir.


 Bəxtiyar Aslanbəyli peşəkar fəaliyyətindən əlavə, pedaqoji sahədə də çalışıb, ali məktəblərdə dərs deyib.
 
Bundan başqa, Aslanbəyli Birləşmiş Krallıq tərəfindən Britaniya İmperiyası Ordeninə də layiq görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO