Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu

Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu

Hazırda oxunan: Məhərrəmlikdə mahnıya görə uşaqları xəncərlə hədələdi, həbs olundu

629531

Samuxda küçədə söyüş söyən şəxs həbs edilib.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə gecə saat 1 radələrində Qaraağaclı kəndində qeydə alınıb.

24 yaşlı kənd sakini Samir Fərəcov (şərti adla) xəncərlə küçəyə çıxaraq, uşaqları hədələyib və uca səslə nalayiq ifadələr işlədib.

Çağırış üzrə əraziyə gələn polis əməkdaşları Samiri nizam-intizama dəvət etsələr də, o, buna məhəl qoymayıb və hərəkətlərinə davam edib.

Etdiyi əməllərə görə Samir Fərəcov saxlanılıb və barəsində inzibati protokollar tərtib olunub. Törətdiyi əməli etiraf edən S. Fərəcov ifadəsində bildirib ki, evinin qarşısında tanımadığı şəxslərin avtomobildə yüksək səslə mahnı qoşduqlarını eşidib. Bu zaman o, küçəyə çıxaraq, həmin şəxslərə "Məhərrəm" ayı olduğunu bildirib və mahnının səsini aşağı salmalarını tələb edib. Daha sonra isə əsəbiləşərək, məlum əməli törədib.
 

Samir baş vermiş hadisəyə görə əməlindən peşman olduğunu bildirib və məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.


Məhkəmənin qərarı ilə Samir Fərəcov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO