Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi BAŞLADI

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi BAŞLADI

Hazırda oxunan: Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi BAŞLADI

629423

Bu gün saat 11:00-dan etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, bu mərhələdə ilkin olaraq vakant yer seçmək imkanı test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərinə təqdim olunacaq.
 

Namizədlər elektron ərizə formalarında maksimum səkkiz vakant yer seçə bilərlər. Vakant vəzifələrə yerləşdirmə namizədin ərizədə göstərdiyi seçim ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcək.


Qeyd olunub ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlər növbəti vakansiya seçimi mərhələlərində iştirak edə bilməyəcəklər.

Məlumata görə, növbəti mərhələlərdə faktiki yaşayış yerinə uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi, eləcə də ümumi vakansiya seçimi turu keçiriləcək. Həmin mərhələlərin tarixləri barədə əlavə məlumat veriləcək.

Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi prosesi avqustun 6-sı saat 11:00-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO