Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

Hazırda oxunan: Xocalının Şuşakəndində ilk körpə dünyaya gəldi - FOTO

628883

Xocalı rayonunun Şuşakənd kəndində, Hüseynovların ailəsində oğul övladı dünyaya gəlib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya  verilən xəbərə görə, boyu 50 sm, çəkisi 2 kq 700 qram olan körpə avqustun 2-də xəstəxanadan evə buraxılıb.

 

Mustafa Kamal adı verilən körpə Şuşakənd sakini Şamil Hüseynovun ikinci övladıdır. Onun doğulması uzun illərdən sonra yenidən həyatın canlandığı Şuşakənd üçün əlamətdar və sevincli hadisədir.

 

"Bu sevinc yalnız Hüseynovlar ailəsinin deyil, doğma yurda qayıdan bütün Şuşakənd sakinlərinin sevincidir. Bu həm də Şuşakənddə yeni həyatın, davamlı məskunlaşmanın və Böyük Qayıdışın uğurla davam etdiyinin rəmzi kimi dəyərləndirilir", - deyə məlumatda qeyd olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO