Oğlunun şəhid olduğu gün vəfat etdi - FOTO

Oğlunun şəhid olduğu gün vəfat etdi - FOTO

Hazırda oxunan: Oğlunun şəhid olduğu gün vəfat etdi - FOTO

628821

Biləsuvarda şəhid anası vəfat edib.

Bizim.Media xəbər verir ki, rayonun Nərimankənd kənd sakini, şəhid gizir Pərvin Əliyevin anası Rəfiqə Əliyeva oğlunun şəhid olduğu gündə, dünən axşam saatlarında dünyasını dəyişib.

Azərbaycan Ordusunun giziri olmuş Pərvin Səlahəddin oğlu Əliyev 15 mart 1981-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olub.
 

O, 2014-cü ilin 1–3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Avqustun 2-də doğulduğu Nərimankənd kəndində son mənzilə yola salınıb. Şəhid Pərvin Əliyev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Ailəli idi, iki övladı yadigar qalıb.


Qeyd edək ki, şəhid anası sakini olduğu kənddə pedaqoji fəaliyyətlə məşğul olmuş təqaüdçü müəllim idi. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO