Qızıl alanlar qazanacaq? - Ekspertlərdən rekord qiymət proqnozu

Qızıl alanlar qazanacaq? - Ekspertlərdən rekord qiymət proqnozu

Hazırda oxunan: Qızıl alanlar qazanacaq? - Ekspertlərdən rekord qiymət proqnozu

628648

Qızıl bazarında qiymətlər yenidən yüksəliş trendinə daxil olub. Son beş ayda ilk dəfə olaraq qiymətli metal aylıq artım göstəricisi ilə iyulu başa vurmağa hazırlaşır.

Bizim.Media “yenisabah.az”a istinadla xəbər verir ki, həftə ərzində qızılın qiyməti 0,6 faiz artıb, iyul ayı üzrə bahalaşma isə 1,7 faizə yaxın olub.

Hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında bir troya unsiya qızıl təxminən 4 040 dollara satılır. Bazar müşahidəçiləri bildirirlər ki, iyul ayında qızıl daha sabit və güclü dinamika nümayiş etdirib. Onların sözlərinə görə, 4 000 dollar səviyyəsi möhkəm dəstək zonası kimi formalaşıb və qiymətdə baş verən enişlər alıcıların bazara marağını artırıb.  
 

Ekspertlər qeyd edirlər ki, qızıl ənənəvi olaraq inflyasiyadan qorunma vasitəsi hesab olunsa da, yüksək faiz dərəcələrinin tətbiq olunduğu dövrlərdə investisiya baxımından əvvəlki cəlbediciliyini qismən itirir. Bunun əsas səbəbi isə qiymətli metalın faiz və ya dividend kimi əlavə gəlir gətirməməsidir. Eyni zamanda, ABŞ dollarının son bir ildən artıq müddətdə ən yüksək səviyyəyə yüksəlməsi qızılı xarici investorlar üçün daha bahalı edib.


Analitiklərin proqnozlarına əsasən, ilin ikinci yarısında qızılın bir troya unsiyasının qiyməti 3 500–4 400 dollar diapazonunda dəyişə bilər. Bununla yanaşı, ABŞ-nin aparıcı investisiya bankları olan “Goldman Sachs” və “Citigroup” daha nikbin proqnoz irəli sürərək qiymətin gələcəkdə 5 000–5 400 dollara qədər yüksələ biləcəyini bildiriblər. Avstraliyanın “ANZ Group Holdings” şirkətinin analitikləri isə hesab edirlər ki, 2027-ci ilin ortalarınadək qızılın bir troya unsiyasının qiyməti 6 000 dollara çata bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO