Məmura oğru deyən vətəndaş 1200 manat- Cərimələndi

Məmura oğru deyən vətəndaş 1200 manat- Cərimələndi

Hazırda oxunan: Məmura oğru deyən vətəndaş 1200 manat- Cərimələndi

628017

Göyçayda məmur barəsində təhqiramiz ifadə işlədən vətəndaş məhkəmə qarşısına çıxarılıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Göyçay RİH-in Sənədlərlə və Vətəndaşların müraciəti ilə iş şöbəsinin məsləhətçisi S.Səmədov (soyadlar şərtidir) barəsində sosial şəbəkədə video paylaşan Qaraməryəm kənd sakini, 1970-ci il təvəllüdlü M.Yusifova hökm oxunub.

Məhkəməyə xüsusi ittiham qaydasında müraciət edən məmur kənd sakininin ona böhtan atdığını və “oğru” deyərək təhqir etdiyini bildirib.

Məlum olub ki, M.Yusifov “Facebook”da “Acı bibər” adlı səhifədə yerləşdirilmiş videoda həmin məmur barəsində “Bu oğru S.Səmədov nəinki mənim, hətta məndən başqa vətəndaşların da yerini oğurlayıb”, - ifadəsini işlədib.

O, həmin videoda məmurun torpaqları oğurlayaraq bələdiyyə sədrinə verdiyini iddia edib.

Məlum olub ki, daha əvvəl bələdiyyə sədri M.Yusifov barəsində məhkəməyə müraciət edib və ötən il həmin şəxs cərimələnib. Göyçay Rayon Məhkəməsi bu dəfə də M.Yusifov barəsində ittihamı qəbul edib. O, təhqir maddəsi üzrə təqsirli bilinərək 1200 manat cərimə edilib. Ona Cinayət Məcəlləsinin böhtan maddəsi üzrə bəraət verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO