Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Hazırda oxunan: Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

625535

“ASAN xidmət”in yaradılma məqsədi qeyd etdiyim kimi dövlət xidmətlərində şəffaflığı təmin etmək idi. Bu, həm də korrupsiyaya qarşı mübarizə islahatı idi, institusional islahat kimi həyata keçirilməyə başlanmışdı.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Teleqraf İnformasiya Agentliyi və "Baku TV"yə verdiyi müsahibədə deyib.
 

“Bizim əsas vəzifəmiz süründürməçiliyə, korrupsiya hallarına yol verməmək idi. 14 il ərzində daxil olan şikayətləri araşdıranda görürük ki, “ASAN”da bu günə qədər bir dənə də korrupsiya halına aid şikayət yoxdur.


Yəni xidmət almağa gələn vətəndaşdan rüşvət istənilməsi və ya rüşvət almaq üçün müəyyən vəziyyət yaradılması halı olmayıb. Bu, çox sevindirici haldır və o deməkdir ki, “ASAN xidmət” ilkin yaranma məqsədinə çatıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO