İlk dəfə getdiyi arxda boğuldu: Ucarda batan 16 yaşlı yeniyetmənin əmisi danışdı

İlk dəfə getdiyi arxda boğuldu: Ucarda batan 16 yaşlı yeniyetmənin əmisi danışdı

Hazırda oxunan: İlk dəfə getdiyi arxda boğuldu: Ucarda batan 16 yaşlı yeniyetmənin əmisi danışdı

624701

Ucarda sakin, 16 yaşlı Əlisafa Hacıyevin suda batmasının bəzi təfərrüatları məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə “report.az”a yeniyetmənin əmisi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, ailə üzvləri hadisə ilə bağlı məlumatı axşam saat 21:00 radələrində alıblar:

"Əlisəfa yaşıdları ilə Qazyan arxına çimməyə gedib. O, burulğana düşərək batıb. Bütün gecəni axtardıq. Kənd sakinləri FHN-in qaynar telefon xəttinə zəng elədilər, dalğıclar göndərildi. Kənd sakinləri, xilasedicilər, dalğıclar, hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər oldular və Əlisəfanın meyitini tapıb verdilər. Onun meyiti batdığı yerdən təqribən 150 metr aralıdan tapıldı".

Əmisi bildirib ki, Ə.Hacyev 9-cu sinifi bitirib, hərbçi olmaq istəyirmiş. O, ailənin tək oğul övladı idı. Gənc ilk dəfə imiş yaşıdları ilə Qazyan arxına çimməyə gedibmiş.

Xatırladaq ki, hadisə iyulun 10-da olub. 2010-cu il təvəllüdlü Hacıyev Əlisafa Məhəmməd oğlu Qazyan arxının Ucar rayonu, Rəstəcə kəndi ərazisindən keçən hissəsində boğulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO