Bakıda arvadını güllələyən kişinin gözü dağılıb – Vəziyyəti ağırdır

Bakıda arvadını güllələyən kişinin gözü dağılıb – Vəziyyəti ağırdır

Hazırda oxunan: Bakıda arvadını güllələyən kişinin gözü dağılıb – Vəziyyəti ağırdır

624309

Bu gün saat 16:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, "Şamaxinka" ərazisindən çağırış qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakıda kişi keçmiş arvadını küçədə güllələdi - VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibb Mərkəzə hospitalizasiya olunub. Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir", - məlumatda deyilir.

Qeyd edilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Əldə edilən məlumata görə, ölən şəxs 44 yaşlı Amalya Qəhrəmanova, xəsarət alan isə 43 yaşlı Zaur Qəhrəmanovdur. (apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO