Daha 7 tətbiqin xidmətləri “Mygov”-a inteqrasiya ediləcək – RƏSMİ

Daha 7 tətbiqin xidmətləri “Mygov”-a inteqrasiya ediləcək – RƏSMİ

Hazırda oxunan: Daha 7 tətbiqin xidmətləri “Mygov”-a inteqrasiya ediləcək – RƏSMİ

624270

“Bu ilin sonuna qədər 7 tətbiqin xidmətlərinin də “Mygov”-a inteqrasiyasına çalışacağıq”.

Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov parlamentdə “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

“Həmçinin, “Mygov”a səsdən mətnə keçmə və yaxud səsdən səsə keçmə funksiyalarını əlavə edəcəyik.

Bu o deməkdir ki, vətəndaş artıq yalnız mətn formasında yox, həmçinin “Mygov”da səslə öz istəklərini, suallarını bildirəcək və “Mygov”-dan səsli şəkildə də cavab alacaq. Süni intellekt bütün bunları müvafiq qaydada yönləndirəcək” - deyə nazir müavini qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO