“Süni intellektin, internet texnologiyalarının sürətli inkişafı, kiçik şəhərlərdə, hətta ucqar kəndlərdə belə hamıya, o cümlədən, uşaqlara yeni imkanlar təqdim edir. Onlar maariflənir, yeni bilik və bacarıqlar qazanırlar. Lakin bununla yanaşı, hökumətlərin, valideynlərin və cəmiyyətin diqqətini tələb edən ciddi risklər də yaradır”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
Komitə sədri bildirib ki, uşağın hansı ölkədə yaşamasından asılı olmayaraq, sosial media, onlayn oyunlar və digər rəqəmsal platformalardan istifadə etməsi müəyyən təhdidlərlə əlaqələndirilir:
"Bu gün dünyada məktəb yaşlı hər altı uşaqdan biri kiberzorakılıqla qarşılaşır. Lakin bu, rəqəmsal zorakılığın yalnız bir formasıdır. Kibertəcavüz, kibertrafik və insan hüquqlarının pozulmasının digər formaları onlayn rejimdə də mövcuddur. Onlayn pedofiliya və yeniyetmələrin onlayn ünsiyyət vasitəsilə intihar halları da dünya miqyasında qeydə alınır. Buna görə də, problemin ümumilikdə düşündüyümüzdən daha geniş və dərin olduğunu deyə bilərik".
Deputat vurğulayıb ki, bu fonda bir çox ölkələr sosial mediada uşaqların təhlükəsizliyinə getdikcə daha çox diqqət yetirirlər:
"Qanunvericilik təkmilləşdirilir, yeni müdafiə mexanizmləri tətbiq olunur. Hazırda rəqəmsal məkanda uşaqların təhlükəsizliyini təmin etməyə yönəlmiş beynəlxalq hüquqi çərçivə mövcuddur".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:07 / 09.07.2026
Hər altı məktəblidən biri kiberzorakılıqla üzləşir – DƏHŞƏTLİ STATİSTİKA
Hazırda oxunan: Hər altı məktəblidən biri kiberzorakılıqla üzləşir – DƏHŞƏTLİ STATİSTİKA
Hazırda oxunan: Hər altı məktəblidən biri kiberzorakılıqla üzləşir – DƏHŞƏTLİ STATİSTİKA
624269
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































