Azərbaycana qəhvə trendini kimlər gətirdi? – Son 10 ildə dəyişən içki VƏRDİŞLƏRİ

Azərbaycana qəhvə trendini kimlər gətirdi? – Son 10 ildə dəyişən içki VƏRDİŞLƏRİ

Hazırda oxunan: Azərbaycana qəhvə trendini kimlər gətirdi? – Son 10 ildə dəyişən içki VƏRDİŞLƏRİ

624076

Dünya üzrə qəhvə və kakao qiymətləri son 6 ayda ən yüksək səviyyəsinə çatıb.  Buna Braziliya, İndoneziya və Vyetnamdakı həddindən artıq isti havaların, quraqlığın səbəb olması göstərilir.
 

Bundan başqa, ABŞ-İsrail-İran müharibəsi səbəbindən yük daşımaları və sığorta xərclərinin artması da qəhvə qiymətlərinin artımına səbəb olub. Qlobal bazarda qəhvə, eləcə də kakaonun qiymətinin son aylarda yenidən yüksəlməsi Azərbaycana da təsirsiz ötüşmür.


Azərbaycan bu məhsulları idxal edir, bahalaşma bizə gec çatsa da özünü göstərməyə başlayıb.

Rəsmi statistikaya görə, 2026-cı ilin ilk rübündə qəhvə və kakao məhsulları üzrə qiymətlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 7,3% qiymət artımı qeyd olunur.

Nəticədə kafelər də qiymətləri qaldırır, ya da daha ucuz qarışıqlara üstünlük verməyə başlayırlar. Ümumilikdə götürəndə isə Azərbaycanda qəhvəyə tələbat Türkiyə və Avropa ölkələrindəki kimi yüksək deyil. Amma kakao və şokolad tozuna tələbat həmişə olub, xüsusən şirniyyat sənayesində daim istifadə edilib.  Ona görə də kakaonun bahalaşması şokolad və şirniyyat qiymətlərinə təsirsiz ötüşməyib.

Qəhvəyə maraq isə son illərdə artıb.
 

Ekspertlər bunun səbəbini iri şəhərlərdə, xüsusilə Bakıda "coffee shop" mədəniyyətinin sürətlə inkişaf etməsində görürlər. “Coffe shop”larda sadəcə qəhvə içilmir, görüş, iş və dərs üçün məkan funksiyasını da öz üzərinə götürüb. Əsasən də gənclər arasında xüsusilə şəhər ortamında qəhvə trenddi yaranıb.


Yəni Azərbaycanda qəhvəyə meylin artması təkcə dad seçimlərinin dəyişməsi ilə yox, həm də həyat tərzi trendi ilə bağlıdır. Digər tərəfdən də sosial medianın da təsiri yan keçməyib.

Videoçarxlarda əlində karton fincanda qəhvə daşıya-daşıya işə getmək, gəzintilərə çıxmaq, qəhvə masasında görüntülər paylaşmaq dalğası digərlərini də öz ağuşuna aldı. İnsanlar artıq təkcə kofein üçün deyil, atmosfer, dizayn, şəkil çəkmək, üçün də qəhvəxanalara gedirlər. Bu da "coffee culture" trendinin Azərbaycanda da yaranmasına səbəb oldu.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO