”Bakı-Tbilisi-Bakı" marşrutu üzrə biletlərin 90 gün öncədən satışa çıxarılmasıyla bağlı işlər davam edir".
Bizim.Media xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bu gün keçirilən brifinqdə qeyd edib:
"Hazırda biletlər satışa 30 gün öncədən çıxır. Ancaq 90 gün əvvəldən satışın açılması üçün ADY tərəfindən işlər aparılır. İşlər tam yekunlaşdıqdan sonra bununla bağlı açıqlama veriləcək".
Qurum rəsmisi biletlərin onlayn satışında yaranan problemlərlə bağlı da danışıb:
"Yüksək tələbatı nəzərə alaraq hazırda sistemdə biletlətin satışı davam edir. Müraciətlərin sayı çox olduğundan bəzi ləngimələr baş verə bilir. Bu hal nəzarət halındadır, satışlar davam edir".
Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:57 / 07.07.2026
Bakı-Tbilisi biletləri niyə tez bitir? - ADY-dən daha bir AÇIQLAMA
Hazırda oxunan: Bakı-Tbilisi biletləri niyə tez bitir? - ADY-dən daha bir AÇIQLAMA
Hazırda oxunan: Bakı-Tbilisi biletləri niyə tez bitir? - ADY-dən daha bir AÇIQLAMA
623834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































