İsmayıllıdakı ölümcül qəzada sağ qalan şəxslə bağlı AÇIQLAMA

İsmayıllıdakı ölümcül qəzada sağ qalan şəxslə bağlı AÇIQLAMA

Hazırda oxunan: İsmayıllıdakı ölümcül qəzada sağ qalan şəxslə bağlı AÇIQLAMA

623284

İsmayıllıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI: 

İsmayıllıda avtomobil beton maneəyə çırpıldı - ölənlər var - FOTO


TƏBİB-dən Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi) 05.07.2026-ci il tarixində saat 16:30 radələrində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

1959-cu il təvəllüdlü şəxsə sağ çiyin oynağının çıxığı diaqnozu təyin edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə nəticəsində 2 nəfərin (1 kişi, 1 qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO