“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı

“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı

Hazırda oxunan: “Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı

623071

“Kristal” İtaliyanın aparıcı premium keramika və keramoqranit istehsalçısı “Florim” ilə əməkdaşlıq memorandumu imzaladı. Memorandum “Kristal”ın Müşahidə Şurasının sədri Mahayət Nəbiyev və “Florim” şirkətinin İcraçı direktoru Beatrice Lucchese tərəfindən imzalanıb.

Əməkdaşlıq çərçivəsində tərəflər arasında “Kristal”ın layihələrində istifadə olunacaq premium keramika və keramoqranit məhsullarının tədarükünü əhatə edən razılaşma əldə edilib. “Florim” məhsulları mənzillərin döşəmə və divar üzlüklərində tətbiq olunacaq, bu isə layihələrdə keyfiyyət, estetik görünüş və davamlılıq standartlarının daha da yüksəldilməsinə töhfə verəcək.

Sözügedən əməkdaşlıq tikinti materiallarının təchizatında uzunmüddətli və sistemli yanaşmanın formalaşdırılmasına, eyni zamanda beynəlxalq keyfiyyət standartlarına cavab verən məhsulların yerli layihələrdə daha geniş tətbiqinə imkan yaradacaq.

1962-ci ildə İtaliyada təsis olunan “Florim” premium keramika və keramoqranit məhsullarının istehsalı üzrə ixtisaslaşmış, dünya miqyasında tanınan istehsalçılardan biridir. Şirkət innovativ texnologiyaları, yüksək keyfiyyət standartları, davamlı istehsal prinsipləri və müasir dizayn həlləri ilə seçilir. “Florim” məhsulları dünyanın müxtəlif ölkələrində yaşayış, kommersiya və ictimai məkan layihələrində geniş istifadə olunur.



İmzalanmış memorandum “Kristal” və “Florim” arasında uzunmüddətli tərəfdaşlığın əsasını qoyur və “Kristal”ın həyata keçirdiyi layihələrdə beynəlxalq səviyyədə tanınan istehsalçının məhsullarının tətbiqini nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO