Gəncədə baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin xəsarəti ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.
Qadın sürücü idarə etdiyi "Lynk & Co" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan kənara çıxaraq Gəncə Milli Dram Teatrının köhnə binasının barısına çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişin, 1996-cı il təvəllüdlü Arzu Asif qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım vasitəsilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Ona ilkin tibbi yardım göstərilib, müalicəsinin davam etdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:17 / 03.07.2026
Gəncədə qadın sürücü ağır qəza törətdi: Xəsarət alan var – FOTO
Hazırda oxunan: Gəncədə qadın sürücü ağır qəza törətdi: Xəsarət alan var – FOTO
Hazırda oxunan: Gəncədə qadın sürücü ağır qəza törətdi: Xəsarət alan var – FOTO
623003
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































