Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – SƏBƏBLƏR

Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – SƏBƏBLƏR

Hazırda oxunan: Turistlər Azərbaycana ən çox nə üçün gəlir? – SƏBƏBLƏR

622475

2025-ci ildə həm Azərbaycana gələn xarici turistlərin, həm də xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayında azalma qeydə alınıb. Bununla belə, turizm sahəsində xərclər milyardlarla manatla ölçülməyə davam edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda turizm" nəşrində məlumat verilib.

Statistikaya əsasən, ötən il Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 2 milyon 570,2 min nəfər təşkil edib. Bu, 2024-cü illə müqayisədə 46,5 min nəfər azdır.

Ölkəyə gələnlərin 1 milyon 804,8 min nəfəri turizm məqsədilə səfər edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 1 milyon 855,1 min nəfər idi.

Turizm məqsədilə Azərbaycana gələnlərin böyük hissəsini istirahət və əyləncə məqsədilə səfər edənlər təşkil edib. Belə ki, 1 milyon 111,1 min nəfər bu məqsədlə ölkəyə gəlib. Bundan başqa, 396,9 min nəfər işgüzar, 20,1 min nəfər müalicə, 2 min nəfər dini ziyarət, 233,5 min nəfər qohum və dostlarını ziyarət etmək, 41,2 min nəfər isə digər turizm məqsədləri ilə Azərbaycana səfər edib.
 

Hesabatda Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri ilə bağlı göstəricilər də yer alıb. Məlumata görə, 2025-ci ildə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 2 milyon 109,9 min nəfər olub. Bu göstərici 2024-cü ildə 2 milyon 158,9 min nəfər təşkil etmişdi. Xaricə səfər edənlərin 1 milyon 280,8 min nəfəri turizm məqsədilə ölkədən çıxıb. Bir il əvvəl bu rəqəm 1 milyon 365,6 min nəfər idi.


Turizm məqsədilə xaricə gedən Azərbaycan vətəndaşlarının 574,9 min nəfəri istirahət və əyləncə, 277,6 min nəfəri işgüzar, 42,6 min nəfəri müalicə, 28,7 min nəfəri dini ziyarət, 308 min nəfəri qohum və dostlarını ziyarət etmək, 49 min nəfəri isə digər məqsədlərlə səfər edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycana gələn turistlərin ölkədə turizm məqsədilə çəkdikləri xərclərin həcmi 3 milyard 258,1 milyon manat olub. Bu göstərici 2024-cü ildə qeydə alınan 3 milyard 403,5 milyon manatdan aşağıdır.

Eyni zamanda, Azərbaycan vətəndaşlarının xarici ölkələrə turizm məqsədilə etdikləri səfərlər zamanı çəkdikləri xərclər də azalıb.

Belə ki, ötən il bu məqsədlə 2 milyard 33,6 milyon manat xərclənib. Halbuki 2024-cü ildə bu göstərici 2 milyard 219 milyon manat təşkil etmişdi. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO