Gecə saatlarında DƏRMAN ƏLÇATMAZLIĞI - 24 saat işləyən apteklər niyə azdır?

Gecə saatlarında DƏRMAN ƏLÇATMAZLIĞI - 24 saat işləyən apteklər niyə azdır?

Hazırda oxunan: Gecə saatlarında DƏRMAN ƏLÇATMAZLIĞI - 24 saat işləyən apteklər niyə azdır?

622458

Gecə yarısı yüksək hərarət, qəfil allergik reaksiya səbəbindən təcili dərman ehtiyacı yarandıqda vətəndaşın ilk üz tutduğu ünvan aptek olur. Lakin bəzi yaşayış məntəqələrində gecə saatlarında fəaliyyət göstərən aptek tapmaq çətindir. Bu vəziyyət xüsusilə yaşlılar, uşaqlı ailələr və xroniki xəstələr üçün ciddi çətinlik yaradır.

24 saat işləyən apteklərin sayı isə çox azdır və ehtiyac olduğu vaxtda əlçatan deyil. Ekspertlərin sözlərinə görə, apteklər özəl müəssisələrdir və onların iş rejimini qanunla məcburi şəkildə müəyyən etmək mümkün deyil. Buna baxmayaraq, gecə saatlarında dərmana ehtiyac yaranan vətəndaşların qarşılaşdığı problemlər aktual olaraq qalır.

Bəs şəhərdə 24 saat işləyən apteklərin sayı kifayət edirmi?

Farmokoloq Aydın Əliyev mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirir ki, insanların apteklərə əlçatanlığı arzulanan məsələdir:

“Azərbaycanda, xüsusilə Bakıda demək olar ki, hər addımbaşı aptek fəaliyyət göstərir və bu apteklərin əksəriyyəti özəldir. Özəl müəssisələrin iş rejimi də daha çox onların öz qərarlarından asılı olur. Bu apteklər fəaliyyət saatlarını iqtisadi imkanlarına və iş yükünə uyğun müəyyənləşdirirlər.

Dövlət sektorlarında da vəziyyət oxşardır, lakin onlardan bəziləri 24 saat fəaliyyət göstərir. Həmçinin özəl apteklər arasında da gecə saatlarında işləyənlər var. Təbii ki, belə apteklərin sayının çox olması daha yaxşı olardı”.

Ekspertin sözlərinə görə, bu problem həm də əhalinin böyük hissəsinin Bakıda cəmləşməsi nəticəsində yaranır.

“Xəstəxanalarda əhalinin sıxlığı problemləri daha da artırır. Eyni vəziyyət apteklərdə də müşahidə olunur və bu, əhali üçün müəyyən çətinliklər yaradır”- deyə o, qeyd edib.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO