2026/2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır. Sənəd qəbulu elektron formada həyata keçiriləcək.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldığı müddət ərzində təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.
Müraciətlərin qəbulu iyulun 13-ü saat 10:00-da başlayacaq və iyulun 19-u saat 18:00-dək davam edəcək.
Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr “portal.edu.az” platformasında qeydiyyatdan keçərək “şəxsi kabinet” yaratmalı, istifadəçi adı və şifrə vasitəsilə müvafiq bölməyə daxil olmalı, elektron müraciət formasını dolduraraq təsdiq etməlidirlər.
Tələbələr müraciət zamanı daxil etdikləri məlumatların düzgünlüyünə diqqət etməli və proseslə bağlı elan edilən müddətlərə riayət etməlidirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:06 / 30.06.2026
Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna START VERİLİR
Hazırda oxunan: Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna START VERİLİR
Hazırda oxunan: Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna START VERİLİR
622330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































