Gecə istidən yata bilməyənlərin DİQQƏTİNƏ

Gecə istidən yata bilməyənlərin DİQQƏTİNƏ

Hazırda oxunan: Gecə istidən yata bilməyənlərin DİQQƏTİNƏ

622219

Həddindən artıq isti hava yuxu keyfiyyətinə mənfi təsir göstərir. Ekspertlərin fikrincə, səkkiz saat yatmağınıza baxmayaraq səhər yorğun oyanmağınızın səbəblərindən biri də yataq otağındakı yüksək temperatur ola bilər. Buna görə də yayda daha rahat yata bilmək üçün bəzi üsullar tövsiyə olunur.

Bizim.Media "Sabah" nəşrinə istinadla həmin 5 üsulu təqdim edir:

1- Yatmazdan təxminən 10 dəqiqə əvvəl bir cüt yüngül nəmli corabı dondurucuya qoyun və yatarkən geyinin.

Ayaqlar bədən temperaturunun tənzimlənməsində mühüm rol oynadığı üçün onların sərin saxlanılması bədənin yuxuya hazırlaşmasına kömək edir.

2- Yataqda qollarınızı və ayaqlarınızı açaraq yatmaq bədənin ətrafındakı hava dövranını artırır.

Böyrüüstə yatmaq da kürək nahiyəsindəki istiliyin daha asan yayılmasına kömək edir.

3- Qidalanma vərdişləri xüsusilə yay aylarında yuxu keyfiyyətinə təsir edir.

Lif dərəcəsi aşağı, doymuş yağ və şəkər baxımından zəngin qidalanmanın yuxunu daha yüngül və daha az dincəldici edə bildiyi qeyd olunur.

4- Sintetik mələfələr və qalın yorğan-döşək üzləri əvəzinə pambıq kimi təbii materiallara üstünlük verin.

Bu parçalar hava axınını artıraraq gecə boyu hiss edilən boğucu istiliyin azalmasına kömək edir.

5- Kifayət qədər maye qəbulu bədənin gecə boyu öz temperaturunu tənzimləməsinə dəstək olur.

Lakin ekspertlər yatmazdan dərhal əvvəl həddindən artıq su içmək əvəzinə, gün ərzində müntəzəm su istehlak edilməsini tövsiyə edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO