Ürək sağlamlığı üçün faydalı olan QİDALAR

Ürək sağlamlığı üçün faydalı olan QİDALAR

Hazırda oxunan: Ürək sağlamlığı üçün faydalı olan QİDALAR

621651

Gündəlik ən azı beş porsiya meyvə və tərəvəz yemək tövsiyələrinə baxmayaraq, insanların əksəriyyəti hələ də kifayət qədər flavonol qəbul etmir. Hansı ki, bunlar ürək üçün sağlam təbii birləşmələrdir.

Bizim.Media xəbər verir ki, "Food and Function" jurnalının yeni sayında dərc olunmuş beynəlxalq bir araşdırma, gündəlik pəhrizinizə qaragilə, gavalı, böyürtkən, albalı və yaşıl çay kimi qidaların daxil edilməsinin ürək sağlamlığını dəstəkləməyin sadə bir yolu ola biləcəyini müəyyən edib.

Harvard Tibb Məktəbinin və digər tədqiqat mərkəzlərinin alimləri insanların əksəriyyətinin kifayət qədər flavanol qəbul etmədiyini aşkar etdilər.

Böyük Britaniya və ABŞ-ın 30.000-dən çox sakininin məlumatların təhlili göstərdi ki, insanların 20%-dən azı ürək üçün sağlam hesab edilən flavanol qəbuluna nail olur. Hətta gündə tövsiyə olunan beş porsiya meyvə və tərəvəz istehlak edən bir çox insan belə bu qida maddələrindən kifayət qədər istifadə etmir. Tədqiqat təsdiqlədi ki, sağlamlıq üçün vacib olan təkcə istehlak edilən bitki mənşəli qidaların ümumi miqdarı deyil, həm də konkret qida seçimləridir.
 

Flavanolların ən zəngin mənbələri gavalı, zoğal, böyürtkən, yaşıl çay, albalı, qabıqlı alma, çiyələk və qaragilə idi. Əvvəlki tədqiqatlar göstərib ki, gündə təxminən 500 mq flavanol qəbul etmək ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər, lakin insanların əksəriyyəti bu səviyyəyə çatmır.


Müəlliflər hesab edirlər ki, müasir pəhriz tövsiyələri yalnız meyvə və tərəvəzlərin miqdarına deyil, həm də onların növlərinə diqqət yetirməklə daha dəqiq edilə bilər, çünki qida seçimi ürək sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO