Sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin NƏZƏRİNƏ

Sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin NƏZƏRİNƏ

621609

17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, ölkənin 19 şəhər və rayonunda fəaliyyət göstərən 35 imtahan mərkəzində tam elektron formada təşkil olunan imtahanlarda 22 mindən çox müəllim iştirak edib. İmtahanlarda 96 faiz davamiyyət qeydə alınıb.

Qeyd olunub ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında keçiriləcək.

Bununla bağlı ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.

Məlumata görə, bu gün keçirilən sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna iyunun 26-da saat 12:00-dan etibarən başlanılacaq.

Proses və nəticələrlə bağlı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə müraciətlərini təqdim edə bilərlər.

Apellyasiya müraciətlərinin qəbulu iyulun 26-da saat 12:00-dək davam edəcək. Müraciətlər təhlil edildikdən sonra yekun nəticələr elan olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO